- 16:46
Çin avqustun 15-də ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında Alyaskada keçirilən görüşü yüksək qiymətləndirib.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, dərhal atəşkəsin əldə olunmamasına baxmayaraq, Pekin Vaşinqton və Moskva arasındakı təmasları sülhə doğru addım kimi qiymətləndirib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib ki, Çin böhranın (Çin Ukraynadakı müharibəni belə adlandırır) sülh yolu ilə həllinə töhfə verən bütün səyləri dəstəkləyir.
Bu gün Donald Trampın Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə baş tutacaq görüşünə münasibət bildirən nazir deyib ki, bütün maraqlı tərəflərin uyğun vaxtda sülh danışıqları prosesinə qoşulmasını və mümkün qədər tez bir zamanda bütün tərəflərin qəbul edə biləcəyi ədalətli, davamlı və vacib sülh razılaşmasına nail olmasını gözləyirlər.
Humay Eminqızı