- 16:46
Almaniyanın xarici işlər naziri Johann Wadephul alman hərbçilərinin Ukraynaya yerləşdirilməsinin əleyhinə çıxış edib.
E-huquq.az xəbər veri ki, bu barədə nazir “Table.Media” portalına müsahibəsində bildirib.
O izah edib ki, Almaniya hazırda öz qoşunlarını NATO ölkələrinin ərazisində cəmləşdirməyi planlaşdırır. Onun sözlərinə görə, əgər Almaniya qoşunlarını Ukraynaya göndərsə, bu, Berlin üçün həddən artıq yük olacaq.
Bununla belə, XİN rəhbəri qeyd edib ki, bu məsələyə Almaniyanın müdafiə naziri Boris Pistorius baxmalıdır.
Bundan əlavə, Johann qeyd edib ki, qoşunların yerləşdirilməsindən imtina Kiyevə başqa yollarla hərbi texniki dəstək verməkdən imtina demək deyil.
Humay Eminqızı