İspaniyada həddindən artıq istilərdən 2405 nəfər ölüb


  • 15:28

İspaniyada 2024-cü il mayın 15-dən sentyabrın 30-na qədər İspaniyada 2 012 nəfər həddindən artıq istidən ölübsə, bu yay avqustun 16-da bu rəqəm 2 405-ə yüksəlib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, təkcə avqustun ilk iki həftəsində 931 nəfər həddindən artıq istilərdən dünyasını dəyişib.

İspaniyada 2023-cü ilin yayında 3 007, böyük yanğınların və tez-tez müşahidə olunan həddindən artıq istilik dalğalarının yaşandığı 2022-ci ilin yayında isə 4 789 nəfər həyatını itirmişdi.

Son iki həftədir bu yay İspaniyada ikinci böyük istilik dalğası müşahidə olunur.

Dövlət Meteorologiya İnstitutunun məlumatına görə, avqustun 16-da ölkədəki 224 ölçmə məntəqəsində havanın temperaturu 40 dərəcədən yuxarı olub. Avqustun 16-da termometrlər 6 ərazidə 44 dərəcəni keçib, ölkənin cənubunda yerləşən Kurtuba şəhərində isə 44,7 dərəcə qeydə alınıb.

İspaniyada böyük meşə yanğınlarına səbəb olan həddindən artıq istilik dalğasının həftəsonu ölkəni tərk edəcəyi gözlənilir.

Humay Eminqızı

Oxşar xəbərlər