- 17:26
İyunun sonundan bəri Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 657 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Pakistanın Milli Fəlakətlərin İdarə Edilməsi Təşkilatı məlumat verib.
Məlumata görə, həyatını itirənlərdən 171-i uşaqdır.
Bildirilir ki, Hayber Paxtunxva əyalətində 390, Pəncabda 164, Gilgit Baltistanda 32, Sinddə 28, Bəlucistanda 20, Azad Kəşmirdə 15, İslamabadda 8 nəfər fəlakət səbəbindən həlak olub.
İtkin düşən 929 nəfərin axtarış-xilasetmə işləri davam edir.
Təbii fəlakətlərdən ən çox zərər görmüş Hayber Paxtunxva əyalətində 150-dən çox insan itkin düşüb.
Musson yağışlarının keçən illə müqayisədə 50-60 faiz daha sıx olduğu bildirilib və yağışların avqustun 22-nə qədər davam edəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Sentyabrda Pakistanı iki yeni yağış dalğasının vuracağı gözlənilir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) səhiyyə ehtiyaclarını ödəmək üçün dağıdıcı daşqınlardan əziyyət çəkən Pakistana tibbi ləvazimat göndərib.
Humay Eminqızı