- 18:35
İspaniyada yanğınların ən sıx olduğu bölgələrdən biri olan Kastiliya və Leonun Espinoso de Compludo rayonunda yanğınsöndürən maşınının aşması nəticəsində daha bir yanğınsöndürən həyatını itirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, İspaniyada ümumilikdə avqustun əvvəlindən bu yana yanğınsöndürmə işlərində ölənlərin sayı 4 nəfərə çatıb.
Qeyd edək ki, 23 yerdə meşə yanğınlarıhələ də davam edir.
Bu il Şimalda Ourense, Leon, Zamora, Salamanka və Avila, cənubda isə Ekstremadurada yanğınlar səbəbindən 120 min hektar meşə sahəsi yanıb.
Ölkə üzrə 15 əsas yol bağlanıb, qatarların hərəkəti dayandırılıb.
Yanğınlarla mübarizə aparan Portuqaliyada beş ərazidə yanğınlar hələ də davam edir.
Portuqaliya hökuməti avqustun 3-də elan etdiyi, iki dəfə uzatdığı və avqustun 15-də sona çatması planlaşdırılan xəbərdarlıq vəziyyətini 48 saat daha uzatma qərarına gəlib.
Humay Eminqızı