Tramp Ukraynaya qoşun göndərilməsini istisna etmədi


  • 18 Avqust 21:53

ABŞ Prezident Donald Tramp potensial sülh sazişinin qorunmasına kömək etmək üçün Ukraynaya ABŞ qoşunlarının göndərilməsini istisna etməyib.

E-huquq.az-ın xəbərinə görə, "Bunu sizə bildirəcəyik, bu, bəlkə də bu gün baş verdi, - Tramp bildirib.

Tramp bildirib ki, sülhün təmin edilməsinə Avropa rəhbərlik edəcək, lakin ABŞ da bu prosesin bir parçası olacaq.

"Avropa ilk müdafiə xəttidir, çünki hadisələr orada cərəyan edir. Amma biz onlara kömək edəcəyik. Həmçinin, biz də prosesdə iştirak edəcəyik", - o qeyd edib.

Tramp söyləyib ki, əgər sülh sazişi əldə olunarsa, ona riayət olunacaq.

"Düşünürəm ki, əgər biz sülhə nail ola bilsək, bu, işlək sülh olacaq. Bu barədə heç bir şübhəm yoxdur. Bugünki görüşün nəticəsindən asılı olmayaraq, Ukraynaya dəstəyimiz davam edəcək", - o bildirib.

Oxşar xəbərlər