- 00:04
Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkan İrəvanda danışıqların yekunları üzrə birgə bəyanat imzalayıblar.
E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Bundan başqa, Ermənistanın Baş naziri və İran Prezidentinin iştirakı ilə bir sıra sənədlər - standartlaşdırma, verifikasiya, uyğunluğun qiymətləndirilməsi, metrologiya və texniki tənzimləmə sahəsində əməkdaşlıq haqqında memorandum; tibbi məhsulların istehsalının tənzimlənməsi üzrə qarşılıqlı fəaliyyət haqqında memorandum; Ermənistan və İranın muzeyləri, kitabxanaları və milli arxivləri arasında əməkdaşlıq haqqında memorandumlar və s. imzalanıb.
***
Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian arasında təkbətək formatda danışıqlar başa çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Qeyd olunur ki, danışıqlar təxminən 1,5 saat davam edib.
Hazırda onlar mətbuata birgə bəyanatlarla çıxış edirlər.
***
Ermənistan Baş naziri Nikol Paşinyan İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Görüş Pezeşkianın İrəvana səfəri çərçivəsində baş tutub.