ABŞ-də silahlı hücumda 1 nəfər ölüb, 3-ü yaralanıb


  • 19 Avqust 15:49

ABŞ-ın Qərbi Virciniya ştatının Mount Carbon bölgəsində baş verən silahlı hücum nəticəsində 1 nəfər həlak olub, 3 nəfər isə yaralanıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum ştatın cənub bölgəsində həyata keçirilib.

Yerli hüquq-mühafizə orqanları hadisə ilə bağlı ilkin təfərrüatları açıqlayıb.

Bildirilib ki, yaralanan 3 nəfər xəstəxanada müalicə altındadır. Hadisədən dərhal sonra əraziyə təhlükəsizlik qüvvələri cəlb olunub.

Rəsmilər əlavə ediblər ki, silahlı şəxs hücumdan sonra hadisə yerində intihar edib.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər