- 00:04
Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) baş direktoru Emi Poup bu il ərzində 190-dan çox humanitar yardım işçisinin həyatını itirdiyini bildirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Poup bu barədə 19 avqust – Dünya Humanitar Yardım Günü münasibətilə "X" sosial media platformasında etdiyi paylaşımda məlumat verib.
“Bu il 190-dan çox humanitar yardım işçisi öldürülüb. Karvanlara hücumlar edilib, klinikalar bombalanıb, təhlükəsiz keçidə icazə verilməyib”, - deyə o bildirib.
Poup qeyd edib ki, humanitar yardım işçiləri tərəf tutmur, yalnız həyat qurtarırlar. Buna baxmayaraq, çox vaxt müdafiəsiz qalırlar.
“Dünya Humanitar Yardım Günü münasibətilə onların yanında olmalıyıq. Onların təhlükəsizliyi müzakirə mövzusu ola bilməz”, - deyə o əlavə edib.
Şəbnəm Mehdizadə