Bursada meşəlik ərazidə yanğın başlayıb


  • 19 Avqust 16:45

Türkiyənin Bursa şəhərində meşəlik ərazidə yanğın baş verib.

E-huquq.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Hadisə barədə məlumat daxil olduqdan dərhal sonra əraziyə Bursa Meşə Regional İdarəsinin əməkdaşları cəlb edilib. Yanğının daha geniş əraziyə yayılmasının qarşısını almaq üçün həm havadan, həm də qurudan intensiv müdaxilə aparılır.

Bursa Meşə Regional İdarəsinin "X" sosial media platformasında verdiyi açıqlamada bildirilib: “Yanğını nəzarət altına almaq üçün mübarizəmiz davam edir. Hazırda 92 nəfərlik heyət, 2 təyyarə, 4 helikopter, 11 yanğınsöndürən maşın və 12 xidmət nəqliyyat vasitəsi ilə müdaxilə həyata keçirilir.”

Əraziyə əlavə qüvvələrin göndərilməsi və mübarizənin gücləndirilməsi istiqamətində tədbirlər görülür.

Yanğının səbəbi ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər