Məzmuna keç

Fransada 130 hektardan çox meşəlik ərazi yanıb

Fransanın cənub-şərqində yerləşən Var vilayətində baş verən meşə yanğını nəticəsində 130 hektardan çox yaşıllıq sahəsi külə dönüb.

E-huquq.az xəbər verir ki, Var Valiliyinin "X" sosial media platformasında yayımladığı açıqlamaya görə, dünən günorta saatlarında başlayan yanğın artıq nəzarət altına alınıb və söndürülüb.

Yanğının söndürülməsi üçün 340 yanğınsöndürən cəlb olunub. Onlara 7 təyyarə və 5 helikopterlə havadan dəstək verilib.

Açıqlamada bildirilib ki, alovlara təxminən 130 hektardan artıq meşə sahəsi təslim olub.

Qeyd edək ki, Fransanın cənub bölgəsində yay mövsümünün əvvəlindən etibarən bir neçə vilayətdə böyük meşə yanğınları baş verib. Ayın əvvəlində Aude vilayətində baş verən yanğında isə təxminən 17 min hektar ərazi yanaraq məhv olmuşdu. Bu hadisə yay fəslinin “ən böyük yanğını” kimi qeydə alınmışdı.

Şəbnəm Mehdizadə