- 00:04
Hindistanın Mumbay şəhərində ictimai yerlərdə göyərçin yemləmək tamamilə qadağan edilib.
E-huquq.azxarici KİV-ə istinadən xəbər verir ki, qadağanın əsas məqsədi isə ictimai sağlamlığın qorunmasıdır.
Bələdiyyə rəsmiləri bu qərarın sağlamlıq baxımından zəruri olduğunu vurğulayır.
Qadağanın əsas səbəblərindən biri göyərçin nəcislərinin insan sağlamlığına potensial zərəri ilə bağlıdır. Araşdırmalar göstərir ki, göyərçin ifrazatında olan bəzi maddələr ağciyər iltihabı, göbələk infeksiyaları və xroniki tənəffüs yolu xəstəliklərinə səbəb ola bilər.
Qərar ölkə daxilində və beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurub və bir çoxları tərəfindən həm ictimai sağlamlıq, həm də heyvan hüquqları baxımından geniş şəkildə müzakirə olunmaqdadır.
Şəbnəm Mehdizadə