- 00:04
ABŞ-ın Hyuston şəhərində yutub platformasında yemək dadımı videoları çəkən Patrick Blackwood və Nina Santiago adlı cütlük restoranda yemək yeyərkən dəhşətli bir hadisə ilə üzləşib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, çəkiliş zamanı bir avtomobil restoranın şüşəsini qıraraq birbaşa cütlüyün masasına çırpılıb.
Anidən baş verən qəza anı cütlüyün çəkiliş apardığı anda telefon kamerasına anbaan əks olunub.
Təsadüfən lentə alınan görüntülərdə avtomobilin şüşəni sındıraraq içəri girməsi və parçalanmış şüşələrin cütlüyün üzərinə səpələnməsi aydın görünür.
Hadisə nəticəsində cütlüyün bədəninin müxtəlif nahiyələrində ciddi kəsiklər yaranıb. Yaralı vəziyyətdə xəstəxanaya aparılan yutuberlərə çoxsaylı tikiş atılıb.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Şəbnəm Mehdizadə