Ermənistan İrana təminat verdi


  • 19 Avqust 23:20

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran və Ermənistan hərtərəfli strateji əməkdaşlıq sazişi üzərində işi tezliklə başa çatdıracaqlar.

E-huquq.az xəbər verir ki, danışıqlar zamanı tranzit marşrutları məsələləri və Ermənistan və Azərbaycan rəhbərlərinin Vaşinqton görüşü də müzakirə olunub.

A.Əraqçinin sözlərinə görə, Ermənistan tərəfi Tehranın “qırmızı xətləri” ilə tanış olduğuna və onları nəzərə alacağına dair İrana ətraflı izahat və təminat verib.

O cümlədən, Ermənistan tərəfi əmin edib ki, İrana öz ərazisindən gələcək hər hansı təhlükəyə heç vaxt imkan verməyəcək.

Oxşar xəbərlər