Məzmuna keç

İran prezidenti Belarusa səfər etdi

İran prezidenti Məsud Pezeşkian Belarusa səfər edib.

E-huquq.az xəbər verir ki, bu barədə BELTA xəbər agentliyi məlumat yayıb.

Belarus prezidentinin mətbuat xidmətinin məlumatına görə, Belarus prezidenti Aleksandr Lukaşenkonun avqustun 20-də Minskdə İran prezidenti Məsud Pezeşkianla danışıqlar aparacağı bildirilir.

Dövlət başçılarının görüşü Müstəqillik Sarayında dar və geniş tərkibdə keçiriləcək, daha sonra iki ölkə arasında tərəfdaşlığın genişləndirilməsinə yönəlmiş ikitərəfli sənədlər imzalanacaq.