İstanbulda sərnişin avtobusu qəzaya düşdü, 10 nəfər yaralandı


  • 11:14

Türkiyənin İstanbul şəhərində sərnişin daşıyan mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 10 nəfər xəsarət alıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əraziyə təcili tibbi yardım, polis və yanğınsöndürən briqadaları cəlb olunub.

Toqquşma nəticəsində avtomobil və mikroavtobusda sıxışıb qalan yaralılar ətrafdakıların və xilasedici qrupların köməyi ilə çıxarılıb.

Onlara hadisə yerində ilkin tibbi yardım göstərilib və daha sonra xəstəxanaya yerləşdiriliblər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər