Yük maşını 10 avtomobilə çırpıldı: 6 nəfər yaralandı


  • 11:23

Türkiyənin Nevşehir vilayətinin Göreme rayonunda əyləci tutmayan yük maşını hərəkətdə olan 10 avtomobilə çırpılıb, daha sonra isə suvarma kanalına düşüb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər yaralanıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım, yanğınsöndürən, jandarma qüvvələri cəlb olunub. Yük maşınının içində sıxışıb qalan sürücü çıxarılıb.

Yaralanan 6 nəfər müxtəlif xəstəxanalara yerləşdirilərək müalicəyə cəlb olunub.

Qəza ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər