OpenAI GPT-5 üslubunda dəyişikliklər edəcək


  • 11:36

OpenAI bu ay GPT-5 yeniləməsini elan etmiş və yeni modelin daha insani və faydalı bir köməkçi olacağını bildirmişdi. Lakin bəzi istifadəçilər, sistemin əvvəlki versiyaya nisbətən daha rəsmi və məsafəli olduğunu, əvvəllər daha mehriban tona malik olduğunu, yeni modelin isə daha soyuq göründüyünü qeyd edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirlərdən sonra OpenAI GPT-5 üslubunda kiçik dəyişikliklər ediləcəyini açıqlayıb.

Belə ki, şirkət çatbotunun indi "Yaxşı sual" və ya "Möhtəşəm başlanğıc" kimi qısa ifadələrlə daha səmimi ton istifadə edəcəyini açıqladı. OpenAI vurğulayıb ki, bu dəyişikliklər yaltaqlıq üçün deyil, sadəcə olaraq istifadəçi təcrübəsini yaxşılaşdırmaq məqsədi daşıyır.

Şirkət, həmçinin istifadəçilərə istəsələr, əvvəlki GPT-4o versiyasına qayıtmağa imkan verəcəyini açıqlayıb. Bu, istifadəçilərə müxtəlif ton seçimləri arasından seçim etməyə imkan verəcək.

Xatırladaq ki, OpenAI keçmişdə ChatGPT-nin həddən artıq təsdiqedici xarakterinə, xüsusən də istifadəçiləri çaşdırmaq riski olan təhlükəli davranışlarla bağlı suallara görə tənqid edilmişdir. Buna görə də, yeniləmələr dostluq və təhlükəsizlik arasında balans yaratmağa çalışır.

Humay Eminqızı

Oxşar xəbərlər