Daxili səsi deşifrə edən beyin çipi istehsal edildi


  • 11:48

ABŞ-nin Stenford Universitetində aparılan tədqiqat beyin-kompüter interfeyslərinin təkcə danışıq cəhdlərini deyil, həm də düşünülərək deyilən sözləri deşifrə edə bildiyini göstərib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, texnologiya ciddi nitq iflici olan insanlara yalnız düşüncədən istifadə edərək ünsiyyət qurmağa kömək edə bilər.

Tədqiqatda, ALS və beyin kötüyü iflici səbəbindən danışa bilməyən 4 iştirakçının motor korteksinə mikroelektrodlar yerləşdirildi. İştirakçılar bəzi sözləri ya deməyə çalışdılar, ya da sadəcə düşündülər. Alimlər isə bu zaman beyin siqnallarını süni intellekt vasitəsilə deşifrə etdilər.

Nəticədə, sistem 125.000 sözdən ibarət lüğətdən cümlələri 74 faizə qədər dəqiqliklə deşifrə edə bilib.

Tədqiqatçılar arzuolunmaz daxili səslərin oxunmasının qarşısını almaq üçün parolla idarə olunan təhlükəsizlik sistemi də hazırlayıblar. Sistem yalnız istifadəçi müəyyən bir ifadəni düşündüyü zaman aktivləşir. "Chitty chitty bang bang" parolu 98 faizdən çox dəqiqliklə tanınıb.

Tədqiqatçı Frank Willett, bu texnologiyanın gələcəkdə iflic olan insanlara nitqə bənzər təbii ünsiyyət təmin edə biləcəyini bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər