- 17:50
“Türkiyə bu günə qədər Qəzzaya 101 min tondan çox humanitar yardım çatdırıb və UNRWA-ya verdiyi dəstəklə 40 milyon dolları keçən humanitar səfərbərlik həyata keçirib”.
E-huquq.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya Humanitar Yardım Günü ilə bağlı paylaşımında qeyd edib.
Prezident 300 milyondan çox insanın ən əsas humanitar ehtiyaclarından məhrum olduğunu vurğulayıb.
O, Türkiyənin humanitar yardım baxımından dünyanın ən səxavətli ölkələrindən biri olduğunu qeyd edib.
“Bu günə qədər Türkiyə Qəzzaya 101 min tondan çox humanitar yardım çatdırıb və UNRWA-ya verdiyi dəstəyi ilə 40 milyon dolları keçən humanitar səfərbərlik həyata keçirib. Dünyanın üzləşdiyi qlobal böhranlar, geosiyasi gərginliklər və münaqişələr humanitar yardım səylərimizi çətinləşdirsə də, biz lazım olan yerdə heç vaxt bu səylərdən əl çəkməyəcəyik. Biz insanlara və insani dəyərlərə üstünlük verən daha ədalətli dünya quracağıq”, - Ərdoğan bildirib.
Humay Eminqızı