İsrail Qəzzanın işğal planını təsdiqləyib


  • 13:35

Qəzza şəhərinin işğalı ilə bağlı Baş Qərargah rəisi Eyal Zamir və ordu heyəti ilə dünən axşam keçirilən görüşdən sonra İsrailin müdafiə naziri Yisrael Katz bu səhər rəsmi işğal planını təsdiqləyib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Katz sözügedən planın tərkib hissəsi kimi təxminən 1 milyon fələstinlinin Qəzzanın cənubuna köçürülməsi hazırlıqlarını da təsdiqləyib.

İşğal əməliyyatına İsrail ordusu “Gideonun Döyüş Arabaları II” adını verib. Hərbi hazırlıqlar çərçivəsində 60 min ehtiyat əsgərin xidmətə çağırılması planlaşdırılır.

Qeyd edək ki, İsrail Təhlükəsizlik Kabineti avqustun 8-də Qəzzanın şimalında yerləşən şəhərin işğalını nəzərdə tutan planı təsdiqləyib. Baş nazir Benyamin Netanyahu isə Nazirlər Kabinetinin iclasından əvvəl verdiyi açıqlamada bütün Qəzza zolağının işğalını hədəflədiklərini bildirib.

İsrail mediasının məlumatına görə, ordunun Qəzzanın qalan hissəsini də işğal etmək barədə əmri var, lakin bu mərhələnin sentyabr ayından əvvəl həyata keçirilməsi gözlənilmir.

İşğal planı iki mərhələdən ibarətdir. Birinci mərhələdə təxminən 1 milyon fələstinli bölgənin cənubuna köçürüləcək, Qəzza şəhəri mühasirəyə alınacaq və intensiv hücumlarla ələ keçiriləcək. İkinci mərhələdə şəhərin mərkəzi və orada yerləşən xarabalığa çevrilmiş qaçqın düşərgələrinin işğalı planlaşdırılır.

Humay Eminqızı

Oxşar xəbərlər