- 17:50
ABŞ prezidenti Donald Tramp meksikalı miqrantlarla mübarizə üçün yeni qeyri-adi üsul tapıb.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin daxili təhlükəsizlik naziri Kristi Noem məlumat verib.
Belə ki, Tramp Meksika ilə sərhəddəki divarın günəşdə qızması və miqrantların üzərinə dırmaşmasının qarşısını almaq üçün qara rəngə boyamağa qərar verib.
Qeyd edək ki, ABŞ Konqresinin bu yaxınlarda qəbul etdiyi büdcə qanunları sərhəddə tikinti işlərinə əhəmiyyətli maliyyə vəsaiti ayırır.
Humay Eminqızı