- 18:42
İranın Müdafiə Naziri Əziz Nasirzadə İsrailin 12 gün davam edən hücumlarından sonra ölkəsinin yeni və üstün texnologiyaya malik raketlər istehsal etdiyini açıqlayıb.
E-huquq.az xəbər verir ki, İranın "Tasnim" xəbər agentliyinə verdiyi açıqlamada Nasirzadə bildirib ki, hazırda istehsal edilən yeni raketlər əvvəlki illərdə istehsal olunanlardan daha güclü və müasir texnologiyalara sahibdir.
“12 gün davam edən müharibədə istifadə olunan raketlər bir neçə il əvvəl Müdafiə Nazirliyi tərəfindən hazırlanmışdı. Bu gün isə həmin raketlərdən qat-qat üstün xüsusiyyətlərə malik yeni raketlər istehsal etmişik”, - deyə nazir vurğulayıb.
O, həmçinin əlavə edib ki, İsrailin növbəti mümkün hücumu halında bu yeni raketlərdən istifadə olunacaq.
Şəbnəm Mehdizadə