İngiltərədə 10 il ərzində 12 dəfə avtomobil yolunu bağlayan şəxs həbs edildi


  • 16:19

İngiltərənin Uels bölgəsində yerləşən Svonsi şəhərində 10 il ərzində 12 dəfə avtomobil yolunu bağlayaraq nəqliyyatın hərəkətinə mane olan David Hampson adlı şəxs məhkəmə tərəfindən həbs cəzasına məhkum edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Hampson, xüsusilə polis idarəsi ilə sülh məhkəməsi arasında yerləşən gur küçəni seçərək avtomobillərin hərəkətini qəsdən dayandırıb və dəfələrlə ictimai nəqliyyatın iflic olmasına səbəb olub. Onun bu davranışı həm polis, həm də digər rəsmi qurumlar üçün ciddi çətinliklər yaradıb.

Qeyd olunur ki, Hampson polis, həkim və vəkillərlə danışmaqdan imtina edib və həbs ediləndə belə sükutunu qoruyub. Keçmiş qonşularından biri olan Con Devis bildirib ki, Hampson əslində danışa bilir, lakin hakimiyyətə qarşı çıxan və insanları qəsdən qıcıqlandırmağı sevən "zaraftcıl" insandır: "O, insanları əsəbiləşdirməyi sevir və susaraq onları daha da çətinə salır".

Məhkəmə sonuncu hadisənin 19 iyun tarixində baş verdiyini və Hampsonun polis idarəsinin qarşısındakı küçəni bağlayaraq avtomobillərin hərəkətinə mane olduğu üçün saxlanıldığını açıqlayıb.

Hüquq-mühafizə orqanları Hampsonun bu davranışlarının ictimai asayişi pozduğunu və təkrarən törədildiyi üçün həbs qərarının verildiyini bildiriblər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər