Pakistanda güclü yağışlarda son 2 ayda 746 nəfər ölüb


  • 17:36

Pakistanda musson yağışlarının səbəb olduğu fəlakətlər nəticəsində son 24 saatda əksəriyyəti Gilgit Baltistan bölgəsində olmaqla 44 nəfər həyatını itirib.

E-huquq.az xəbər verir ki, bu barədə Pakistan Milli Fəlakət İdarəsi Təşkilatı məlumat yayıb.

Təxminən iki ayda ölkə üzrə təbii fəlakətlər nəticəsində ölənlərin sayı isə 746 nəfərə çatıb.

Ölkənin şimal-qərb bölgəsində axtarış-xilasetmə qrupları Buner rayonunda itkin düşən 150 nəfərin axtarışlarını davam etdirir.

Milli Fövqəladə Əməliyyatlar Mərkəzinin rəsmiləri cənub rayonlarında güclü yağışın gözlənildiyi və yağışın nəqliyyatın hərəkətində pozuntular yarada biləcəyi, Sind əyalətinin cənubundakı Kəraçi, Heydərabad, Thatta, Badin, Mirpurkhas və Sukkurda elektrik və telekommunikasiya şəbəkələrinə zərər verrə biləcəyi barədə əhaliyə xəbərdarlıq edib.

Humay Eminqızı

Oxşar xəbərlər