Yaponiyada gecəni gündüzə çevirən meteorit müşahidə edildi - FOTO


  • 17:41

Yaponiyanın bir neçə bölgəsində qeydə alınan parlaq meteorit “atəş topu” təsiri yaradaraq gecə saatlarında sanki gündüzü xatırladan bir mənzərə yaradıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 23:08-də baş verib və xüsusilə Kaqosima və Miyazaki vilayətlərində aydın şəkildə müşahidə olunub.

Həvəskar kameralar tərəfindən qeydə alınan görüntülərdə meteoritin sürətlə yerə doğru hərəkət etdiyi və ortaya çıxan güclü işıq selinin qaranlığı işıqlandırdığı açıq şəkildə görünür.

Sosial mediada geniş maraq doğuran videolar, istifadəçilər tərəfindən minlərlə dəfə paylaşılıb.

Mütəxəssislər bu təsirli göy hadisəsinin atmosferə daxil olan kosmik toz və ya daş parçalarının yanaraq yaratdığı “atəş topu” olduğunu bildiriblər.

Meteorun yanan hissələrinin çox güman ki, Sakit okeana düşdüyü ehtimal edilir.

Bu cür təbii hadisələr nadir hallarda baş versə də, həm elmi baxımdan, həm də vizual təsiri ilə diqqət çəkir.

Hadisə nəticəsində hər hansı bir zərər və ya təhlükə qeydə alınmayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər