Son iki həftədə Aİ ölkələrində meşə yanğınları artıb


  • 18:10

2025-ci ilin əvvəlindən avqustun 19-dək Avropa İttifaqı ölkələrində baş verən meşə yanğınları 967 min hektar ərazini məhv edib

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 4 dəfə çoxdur.

Yanğınların sayı da artıb. Belə ki, bu il 1788 yanğın qeydə alınıb, halbuki 2006-2024-cü illərdə orta illik göstərici 597 olub. Ötən il isə 900 yanğın baş vermişdi.

Portuqaliyada 247,493, İspaniyada 337,206, Yunanıstanda 46,142, Fransada 35,606, İtaliya isə 12,183 hektar ərazi yanıb.

İspaniyanın şimalındakı Qalisiya, Kastiliya və Leon və 31 ilin ən böyük yanğınlarının yaşandığı Asturiyada yanğınlar davam edir. Cənubda Ekstremadurada və ən son olaraq paytaxt Madrid ətrafında dünən axşam saatlarında başlayan yanğınlar davam edir. Hazırda İspaniyanın 40-dan çox yeri yanır.

Aİ-nin peyk monitorinq sistemi olan Kopernik Atmosfer Monitorinq Xidmətinin İspaniya və Portuqaliyadakı fövqəladə meşə yanğınlarının səbəb olduğu tullantılara dair dərc etdiyi son təhlilə görə, bu il Pireney yarımadasında meşə yanğınları ilə bağlı emissiyalar 2003-cü ildən bəri ən yüksək səviyyəyə çatıb.

Yunanıstanda bəzi yaşayış məntəqələrindən insanlar təxliyə edilib, ilin əvvəlindən 320 nəfər yanğın törətməkə əlaqədar saxlanılıb.

Humay Eminqızı

Oxşar xəbərlər