- 15:54
Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda bu gecə 01:24-də 4 bal gücündə zəlzələ qeydə alınıb.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Sulusaray rayonu olub. Yeraltı təkanlar 7,2 kilometr dərinlikdə qeydə alınıb.
Hazırda hadisə ilə bağlı hər hansı dağıntı və ya tələfat barədə məlumat verilməyib.
Mütəxəssislər ərazidə vəziyyəti nəzarətdə saxlayır.
Şəbnəm Mehdizadə