Muğlada meşə yanğını başladı


  • 11:20

Türkiyənin Muğla vilayətinin Yatağan rayonununda meşəlik ərazidə yanğın baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə barədə məlumat daxil olduqdan dərhal sonra əraziyə Muğla Meşə Region İdarəsinin əməkdaşları və yanğınsöndürmə briqadaları cəlb olunub.

Hazırda yanğının nəzarət altına alınması istiqamətində intensiv işlər davam etdirilir.

Yanğının səbəbi hələlik müəyyən edilməyib.

Əlavə məlumat veriləcəyi gözlənilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər