- 15:54
İtaliyanın Milan şəhərindəki Malpensa hava limanında sərnişinlərdən biri yanğın törədib.
E-huquq.az xarivi KİV-ə istinadən xəbər verir ki, yanğın sərnişinin zibil qutusunu yandırmağı ilə başlayıb.
Sözügedən şəxs daha sonra çəkiclə bəzi qeydiyyat ekranlarını sındırıb.
O, qısa zamanda hava limanı polisi tərəfindən nəzarətə götürülüb.
Yanğın söndürüldükdən və təhlükəsizlik yoxlamaları tamamlandıqdan sonra terminalda əməliyyatlar normallaşıb.
Humay Eminqızı