- 15:54
Türkiyənin Muğla şəhərinin Milas rayonunda içərisində 8 nəfərin olduğu qayığın batması nəticəsində itkin düşən 2 uşaq xilas edilib.
E-huquq.az “ TRT Haber”ə istinadən xəbər verir ki, onlar xilas edilərək xəstəxanaya yerləşdirilib.
***
Türkiyənin Muğla şəhərinin Milas rayonunda içərisində 8 nəfərin olduğu qayıq batıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, qayıqda olan 6 nəfər qayalara tərəf üzərək xilas olmağı bacarıb.
İtkin düşən iki uşaq üçün həm hava, həm də dəniz yolu ilə axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Qayığın batma səbəbi hələki məlum deyil.
Humay Eminqızı