İzmir sahillərində 101 qanunsuz miqrant saxlanılıb


  • 13:15

Türkiyənin İzmir şəhərində 101 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat Sahil Mühafizə Komandanlığının internet saytında yer alır.

Məlumata görə, İzmirin Menderes, Çeşme və Dikili sahillərində rezin qayıqlarda bir qrup qeyri-qanuni miqrantın olduğu müəyyən edildikdən sonra bölgəyə Komandanlığın əməkdaşları göndərilib.

Əməkdaşlar qayıqlardakı 8-i uşaq olmaqla 101 qeyri-qanuni miqrantı yaxalayıb.

Yaxalanan miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Humay Eminqızı

Oxşar xəbərlər