- 17:17
İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda son 24 saatda 70 fələstinli həyatını itirib.
E-huquq.az xəbər verir ki, bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə hücumlarda 356 nəfər yaralanıb.
2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 62 192 nəfərə, yaralananların sayı isə 157 114 nəfərə çatıb.
Dağıntılar altında hələ də minlərlə ölünün olduğu bildirilib.
Humay Eminqızı