- 17:27
Qırğızıstan hökuməti ölkədə ət məhsullarının qiymətində artımın qarşısını almaq və ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə canlı heyvanların ixracını altı ay müddətinə dayandırıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev tərəfindən imzalanmış qərarnamə ilə at, iribuynuzlu mal-qara, qoyun və keçi kimi kənd təsərrüfatı heyvanlarının ixracına müvəqqəti qadağa qoyulub.
Qərarın əsas məqsədi daxili bazarda qiymət sabitliyini qorumaq və ölkənin ərzaq təhlükəsizliyini təmin etməkdir.
Şəbnəm Mehdizadə