Türkiyədə avtobus ağaca çırpıldı: 1 nəfər öldü, 13 -ü yaralandı


  • 16:31

Türkiyənin Kayseri şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Hataydan Giresuna gedən sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində ağaclara çırpılıb.

Qəza nəticəsində 1 nəfər həyatını itirib, 13 nəfər isə yaralanıb.

Hadisə yerinə jandarma, tibb qrupları, xilasedicilər cəlb edilib.

Yaralılar xəstəxanaya çatdırılıb.

Avtobusda ümumilikdə 44 sərnişin olub.

Humay Eminqızı

Oxşar xəbərlər