- 17:27
Rusiya hökuməti 1 sentyabr 2025-ci ildən etibarən ölkədə satılacaq yeni mobil telefon və planşetlərdə milli mesajlaşma tətbiqi olan "MAX"ın əvvəlcədən quraşdırılmış vəziyyətdə olmasını məcburi edib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hökumətin yayımladığı rəsmi açıqlamaya görə, bu qərar "WhatsApp" və "Telegram" kimi beynəlxalq platformalara alternativ olaraq hazırlanmış "MAX" tətbiqinə yönəlik qəbul edilib.
Qərara əsasən, 1 sentyabrdan sonra ölkədə satılacaq bütün yeni mobil cihazlarda "MAX" tətbiqi əvvəlcədən yüklənmiş şəkildə təqdim olunmalıdır. Bu addım əsasən ölkənin informasiya təhlükəsizliyi və onlayn dələduzluqlarla mübarizə məqsədi ilə atılıb.
Çin platforması "WeChat"ə bənzər konsepsiya ilə hazırlanan "MAX" Rusiyanın VK (VKontakte) şirkətinin bazasında inkişaf etdirilib və gələcəkdə geniş funksiyalara sahib milli kommunikasiya platforması kimi istifadə olunması planlaşdırılır.
Şəbnəm Mehdizadə