- 17:27
Türkiyənin Antaliya şəhərinin Gazipaşa rayonunda turistləri daşıyan avtobus xəndəyə düşüb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 23 nəfər yüngül xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib və onların vəziyyətinin yaxşı olduğu bildirilib.
İlkin ehtimala görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.
Hadisə ilə bağlı araşdırma aparılır.
Humay Eminqızı