- 17:27
Hindistanda son beş gün ərzində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 21 nəfərin həlak olduğu bildirilib.
E-huquq.az “The Times of India”ya istinadən xəbər verir ki, Maharaştra ştatında intensiv yağışlar sel və torpaq sürüşmələrinə səbəb olub. 15-19 avqust tarixləri arasında bu təbii fəlakətlər nəticəsində 21 insan həyatını itirib.
Mumbayda isə təxminən 400-500 nəfər güclü yağışlar səbəbindən təhlükəsiz ərazilərə köçürülüb.
Cənubi Asiyada iyun-sentyabr ayları arasında təsirli olan musson yağışları hər il Hindistan daxil olmaqla bölgədə geniş miqyaslı təbii fəlakətlər və qəzalarla nəticələnir.
Şəbnəm Mehdizadə