ABŞ-da uçuş zamanı təyyarənin qanadının qapağı qopub


  • 16:59

ABŞ-ın Texas ştatında "Delta Air Lines"a məxsus "Boeing 737" təyyarəsinin qanadındakı qapaq təyyarə enmədən əvvəl qismən qopub.

E-huquq.az CNN-ə istinadən xəbər verir ki, Orlando Beynəlxalq Hava Limanından Ostin-Berqstrom Beynəlxalq Hava Limanına uçan təyyarə Texasa enməzdən əvvəl qanad qapağı qismən qopub.

Eniş zamanı təyyarədə olan 62 sərnişin və ekipaj üzvlərindən heç biri xəsarət almayıb.

Federal Aviasiya Administrasiyası (FAA) hadisə ilə bağlı araşdırmalara başlayıb.

"Delta Air Lines"dən verilən açıqlamada təyyarənin təmir üçün istismardan çıxarıldığı bildirilib.

Humay Eminqızı

Oxşar xəbərlər