Qazaxıstanda bu şəxslər 10 ilə qədər azadlıqdan məhrum edilə bilər


  • 17:07

Qazaxıstan hökuməti təyyarələrə lazer tutaraq və ya dron vasitəsilə aviasiya təhlükəsizliyini pozan şəxslərə qarşı cəza tədbirlərini sərtləşdirib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni qanun dəyişikliyinə əsasən, bu cür əməllərə görə günahkar şəxslər pul cəzası ilə yanaşı, 10 ilə qədər azadlıqdan məhrum edilə bilərlər.

Qazaxıstan Baş Prokurorluğunun yaydığı açıqlamada bildirilib ki, son illərdə bu tip insidentlərin sayı artıb və havacılıq təhlükəsizliyini ciddi şəkildə təhdid edir.

Son 6 il ərzində pilotların gözlərini qamaşdırmaq məqsədilə həyata keçirilən 98 lazer hadisəsi qeydə alınıb. Bu halların əksəriyyəti ölkənin ən sıx hava limanlarından biri olan Almatı Beynəlxalq Hava Limanında baş verib.

Rəsmilər bildirir ki, bu cür hadisələr son illərdə 4 dəfə artıb və aviasiya təhlükəsizliyi üçün ciddi təhlükə yaradır.

Yeni qanun dəyişiklikləri ilə bu kimi halların qarşısını almaq və təyyarə heyətinin, eləcə də sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi güdülür.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər