Ankarada içməli su ehtiyatı kritik səviyyəyə düşüb


  • 17:27

Türkiyənin paytaxtı Ankarada su təminatını həyata keçirən anbarlarındakı səviyyə kəskin şəkildə azalıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 20 avqust 2025-ci il tarixinə anbarların ümumi doluluğu cəmi 19,42 faiz, aktiv istifadə edilə bilən su ehtiyatı isə 8,52 faiz təşkil edir.

Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə təxminən yarıbayarı azalıb.

Hazırkı vəziyyətə görə, şəhərin təxminən 3 aydan az içməli su ehtiyatı qalıb. Çamlıdere, Kurtboğazı, Akyar və Eğrekkaya kimi əsas anbarlarında su səviyyəsi 40-50 metr geri çəkilib, nəticədə köhnə yaşayış məntəqələri və tikili qalıqları üzə çıxıb.

Şəhərə gündəlik 1,7 milyon kubmetrdən çox su verilir, bu isə ehtiyatların sürətlə tükəndiyini göstərir.

Rəsmi qurumlar su qıtlığı ilə bağlı xəbərdarlıq edir və qənaətli istifadəyə çağırır.

Humay Eminqızı

Oxşar xəbərlər