Məzmuna keç

Tramp: ABŞ iki həftə ərzində Rusiyaya və Ukraynadakı münaqişəyə yanaşmasını dəyişə bilər

ABŞ təxminən iki həftə ərzində Rusiyaya və Ukraynadakı münaqişəyə münasibətini dəyişə bilər.

E-huquq.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ukraynada sülhün olub-olmayacağı ilə bağlı sualı cavablandırarkən deyib.

"Mən sizə xəbər verəcəyəm. Deyərdim ki, iki həftə ərzində biz bu və ya digər şəkildə biləcəyik. Bundan sonra fərqli yanaşmamız lazım ola bilər", – deyə Tramp qeyd edib.