- 18:03
Çilinin cənubunda 7,5 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Zəlzələnin episentrinin Çilinin Antarktika yarımadası sahillərindəki Dreyk keçidi olduğu bildirilib.
Təxminən 10,8 kilometr dərinlikdə baş verən zəlzələ Argentina və Çilinin bir çox şəhərində hiss olunub.
Çili Hərbi Dəniz Qüvvələrinin Hidroqrafik və Okeanoqrafiya Xidməti (SHOA) zəlzələdən sonra sunami xəbərdarlığı etdiyini açıqlayıb.
Xidmət sahilyanı ərazilərin, qayalı sahillərin, bataqlıq ərazilərin, estuarların, çayların mənsəblərinin, sahil xətlərinin, piyada keçidlərinin, marinaların, sahil yollarının, balıqçılıq limanlarının, limanların və estakadaların boşaldılmasını əmr edib.
Şəbnəm Mehdizadə