Kolumbiyada hərbi baza yaxınlığında terror aktı: ölənlər və yaralılar var


  • 11:14

Kolumbiyanın Valle del Kauka bölgəsində Marko Fidel Suares hərbi hava bazası yaxınlığında yük maşını partladılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, 5 nəfər ölüb, çoxu ağır olmaqla 36 nəfər yaralanıb.

Hücum nəticəsində ətrafdakı müəssisələrə və avtomobillərə böyük ziyan dəyib.

Kolumbiya prezidenti Qustavo Petro sosial mediada verdiyi açıqlamada hücumda Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARC) çətir təşkilatı "Estado Mayor Central"ın keçmiş lideri İvan Mordiskonu günahlandırıb.

Kali Bələdiyyə Başçısı Alejandro Eder yerli mediaya açıqlamasında bu gündən etibarən çəkisi dörd tondan çox olan yük maşınlarının şəhərə girişini məhdudlaşdıracaqlarını bildirib.

"Bu zorakılıq aktı şəhərimizin həyatı, sülhü və təhlükəsizliyi üçün təhdiddir", - o deyib.

Hücuma görə məsuliyyət daşıyanların müəyyən edilməsinə kömək edəcək hər kəsə 100 min dollar mükafat elan edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər