Nigeriyada daşqınlar səbəbindən 228 nəfər ölüb


  • 11:49

Nigeriyada bu il güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 228 nəfər həyatını itirib.

E-huquq.az xəbər verir ki, bu barədə Nigeriya Milli Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Bildirilib ki, leysan yağışları ölkənin 25 əyalətində daşqınlara səbəb olub.

Daşqınlarda 228 nəfər həyatını itirib, 495 nəfər yaralanıb, 114 nəfər itkin düşüb.

Daşqınlar nəticəsində 71 min 400 nəfər evindən didərgin düşüb, 21 257 ev zədələnib və ya dağılıb, 76 rayonda 23 481 mülkə ziyan dəyib.

Humay Eminqızı

Oxşar xəbərlər