Kim Çen İn Ukraynaya qarşı döyüşən əsgərləri mükafatlandırıb


  • 11:53

Şimali Koreya lideri Kim Çen İn Ukraynadakı müharibədə Rusiya tərəfində vuruşan Şimali Koreya əsgərlərini mükafatlandırıb.

E-huquq.az xəbər verir ki, bu barədə Şimali Koreyanın “KCNA” xəbər agentliyi məlumat yayıb.

Mükafatlandırma mərasimində Kursk əməliyyatında iştirak edən komandirlər və əsgərlər, həlak olan əsgərlərin ailələri iştirak ediblər.

Kim Çen İn xaricdə həlak olan hərbçilərin xatirə divarına gül dəstələri qoyub, Rusiyadan qayıdan əsgərlər üçün konsert təşkil edib.

Humay Eminqızı

Oxşar xəbərlər