- 18:03
Avqustun 22-si səhər saat 6:00-dan avqustun 23-ü səhər saat 6:00-dək Rusiyadan Ermənistana təbii qazın verilməsi 24 saat müddətinə dayandırılıb.
E-huquq.az xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” şirkətinin saytında məlumat verilib.
Qazın təchizatını dayandırılmasına səbəb Gürcüstan ərazisindən keçən “Qırmızı Körpü-Sevkar-Berd” tranzit qaz kəmərində təcili bərpa işlərinin aparılması zərurəti olub.
İstehlakçılara qaz tədarükünün məhdudlaşdırılması nəzərdə tutulmur. İtirilmiş həcmlər daxili ehtiyatlar və İrandan əlavə təchizat hesabına tam kompensasiya ediləcək.
Humay Eminqızı