Binadan gələn səslər insanları qorxuya saldı - Sakinlər təxliyə olundu - FOTO


  • 12:29

Türkiyənin İstanbul şəhərinin Böyükçəkmeçə rayonunda yerləşən iki yaşayış binasında divardan səslər gəldiyi barədə edilən müraciətdən sonra həmin binalar ehtiyat tədbiri olaraq təxliyə edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bitişik vəziyyətdə yerləşən və ümumilikdə 7 mənzildən ibarət olan iki binanın sakinləri divarlardan qəribə səslər gəldiyini bildirərək müvafiq orqanlara müraciət ediblər.

Əraziyə dərhal polis, yanğınsöndürmə, təcili tibbi yardım əməkdaşları cəlb olunub. Təhlükəsizlik məqsədilə binalar tam şəkildə boşaldılıb, təbii qazın verilişi dayandırılıb.

Polis əməkdaşları ərazidə təhlükəsizlik tədbirləri görüb və insanların yaxınlaşmasına icazə verilmir.

Eyni zamanda mütəxəssislər tərəfindən binalarda texniki araşdırmalar davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər