- 18:03
Türkiyənin paytaxtı Ankarada sərnişin avtobusu yanıb.
E-huquq.az “ TRT Haber ”ə istinadən xəbər verir ki, Hataydan İstanbula gedən sərnişin avtobusu Anadolu magistralının Kızılcahamam Yakakaya ərazisində naməlum səbəbdən yanıb.
Avtobusun sürücüsü nəqliyyat vasitəsini qəza zolağında saxlayıb və avtobusda olan 36 sərnişini təxliyyə edib.
Əraziyə gələn yanğınsöndürənlər təxminən yarım saatlıq müdaxilədən sonra alovu söndürüb.
Yanğın nəticəsində avtobus tamamiylə yararsız hala düşüb.
Humay Eminqızı