Myanma ilə Hindistan sərhədində zəlzələ olub


  • 12:54

Myanma ilə Hindistan sərhədində 5,3 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri sərhəddə yerləşən Mavlaik bölgəsi olub.

Təkanlar yerli vaxtla saat 11:26 radələrində qeydə alınıb.

Zəlzələnin dərinliyi 10 kilometr olub.

Yeraltı təkanlar Aizavl şəhərində də hiss olunub.

Humay Eminqızı

Oxşar xəbərlər